Türkiyə Mərkəzi Bankının ehtiyatları 33,5 milyard dollara düşüb
Vaşinqton Moskva ilə danışığı davam etdirir - Tramp
Bakıda sərnişin avtobusu HASARA girdi
Ağacları kəsən sahibkar cərimələndi
Bakı metrosunda hansı stansiyalar birləşdirilir?
Bu dəfə “Halal Zəhmət“in kolbasasından dəmir çıxdı
Ermənilər mövqelərimizi atəşə tutub
Milyonluq tenderləri sabiq nazir və başçının övladları uddu
Kəndin mollası həyat yoldaşını boğaraq öldürüb
Mehriban Ələkbərzadə: Mən ev vermirəm...


06.02.2018  14:48 

Səlim Müslümov tapşırıqlar verdi





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib.
XəzərNews.az-ın məlumatına görə, müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, dövlət başçısının təşəbbüsü və konkret tapşırığı əsasında regionların sosial-iqtisadi inkişafı məqsədilə 2004-cü ilin fevral ayında qəbul edilən ilk Dövlət Proqramı (2004-2008-ci illər), eyni zamanda sonralar qəbul edilən ikinci (2009-2013-cü illər) və üçüncü (2014-2018-ci illər) Dövlət Proqramlarının uğurlu nəticələri qeyri-neft sektorunun inkişafına da təkan verib.

S.Müslümov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarının da 84 faizi regionlar üçün xarakterik olan ənənəvi kənd təsərrüfatı sahələrini əhatə edir.

Bölgələrdə işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması işlərindən bəhs edən S.Müslümov bildirib ki, 2007-ci ildə Bakı şəhərində, 2008-ci ildə Göyçay rayonunda, 2009-cu ildə Naxçıvan şəhərində yaradılan Regional Peşə Tədris Mərkəzləri bu sahədə önəmli rola malikdirlər.

Nazir diqqətə çatdırıb ki, ötən dövrdə əlil və şəhid ailələri üçün inşa olunan çoxsaylı fərdi və çoxmənzilli yaşayış binalarının böyük əksəriyyəti bölgələrin payına düşür: “O cümlədən son bir ildə müharibə əlilləri və şəhid ailələrinə təqdim edilən 315 mənzil və fərdi yaşayış evindən 65 faizə qədəri regionlardadır. Ümumilikdə indiyədək nazirliyin xətti ilə 6100 nəfər əlil və şəhid ailəsi nazirlik tərəfindən mənzillə təmin olunub ki, onlardan 93,5 faizinə və ya 5703 nəfərinə son 14 ildə mənzil verilib. Hazırda daha iki rayonda - İmişli və Şamaxı rayonlarında çoxmənzilli yaşayış binalarının, eyni zamanda bölgələrdə fərdi yaşayış evlərinin tikintisi işləri davam etdirilir”.

Nazir bildirib ki, sosial xidmətlərin regionlar üzrə əhatə dairəsi də genişləndirilib.

Müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı Nazirlik tərəfindən görüləcək işlər ətraflı müzakirə olunub. Qeyd edilən Dövlət Proqramının icrasının beşinci ilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə həyata keçiriləcək tədbirlər nəzərdən keçirilib. Bununla əlaqədar nazirliyin yerli struktur bölmələrinin aidiyyəti üzrə təkliflərini də təqdim etmələri tapşırılıb. S.Müslümov regionlarda əmək bazarının monitorinqi, sosial müdafiə, tibbi-sosial reabilitasiya və aktiv məşğulluq tədbirlərinin təşkili və s. aidiyyəti məsələlərlə əlaqədar müvafiq tapşırıqlar da verib.

Xəbər 1430 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?


BÜTÜN XƏBƏRLƏR +