İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu
Əvəz Zeynallı Türkiyəyə gedir
Çağırışdan yayınsanız... - Cərimələnəcəksiz
Netanyahunun Bakı səfəri... - Proqram açıqlandı
“Düşünürəm ki, Putin istəyir” - Tramp
Şimali Koreya Kurskda 4700 əsgər itirib - Reuters
Sədr kadr islahatına köməkçisindən başladı
İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO


12.06.2023  09:47 

Füzuli və Ağdama köçün vaxtı açıqlandı





A+  A-

Keçmiş məcburi köçkünlərin Füzuli və Ağdama köçürüləcəyi vaxt açıqlanıb.

XəzərNews.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib ki, ilk növbədə, sosial şəraiti ağır olan, qəzalı vəziyyətdəki müvəqqəti məskunlaşma yerlərində yaşayan, eyni zamanda, tərkibində iş qabiliyyəti olan şəxslərə aid ailələrin məskunlaşmasına üstünlük verilir.

"Məsələn, Böyük Qayıdış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə bu cür şəraitdə yaşayan 20 məcburi köçkün ailəsinin (90 nəfər) köçürülməsi bunun bariz ifadəsidir", - E.Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda Füzulidə 6 məhəllə inşa olunur: "38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. 800 ailənin həmin yaşayış sahəsinə ilin sonunadək köçürülməsi nəzərdə tutulur. Bu proses iki mərhələdə planlaşdırılır. Sentyabr ayına kimi reallaşacaq birinci mərhələdə 260 ailənin məskunlaşdırılması gözlənilir".

E.Hüseynov qeyd edib ki, əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə bərpa və reabilitasiya prosesinin ilk mərhələsində Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulması, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafı istiqamətində nəzərdə tutulan layihələrin yüksək keyfiyyətlə, eyni zamanda nəzərdə tutulan vaxtda həyata keçirilməsidir.

Xüsusi nümayəndə əlavə edib ki, Ağdam şəhərində ərazi geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaşmanın gələn ilin sonunda başlanacağı nəzərdə tutulur.

"Ümumiyyətlə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır", - E.Hüseynov əlavə edib.



Xəbər 1001 dəfə oxunub.



30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +