Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


09.06.2023  10:25 

İtaliyanın Milli günü qeyd edilib... - Bakıda/Foto





A+  A-

İyunun 8-də İtaliya Respublikasının qurulmasının 77-ci ildönümü münasibətilə Bakıda qəbul keçirilib.

XezerNews.az xəbər verir ki, tədbirdə Azərbaycanın və İtaliyanın Dövlət himnləri səsləndirilib.

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri çıxış edərək ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə sürətlə inkişaf etdiyini və xüsusi səviyyəyə çatdığını bildirib:

“İtaliya ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir”.

Səfir Bakıda Azərbaycan-İtaliya Universitetinin yaradılmasına dair iki ölkə arasında sazişin imzalanmasının humanitar sahədə əlaqələrin daha da inkişafına zəmin yaratdığını vurğulayıb.

Azərbaycan Hökuməti adından çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ölkələrimiz arasında münasibətlərin dərin tarixi köklərə və möhkəm bünövrəyə malik olduğunu qeyd edib:

“1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulanda ölkəmizdə İtaliyanın diplomatik nümayəndəliyi fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya onun müstəqilliyi tanıyan ilk dövlətlərdən biri olub, Cənubi Qafqaz regionunda ilk diplomatik nümayəndəliyini məhz Bakıda açıb. Hazırda siyasi, iqtisadi və humanitar sahələrdə yüksək səviyyədə münasibətləri olan ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Azərbaycan isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda ən böyük ixrac məntəqəsidir”.

M.Babayev diqqətə çatdırıb ki, İtaliya Prezidentinin 2018-ci ilin iyulunda Azərbaycana rəsmi, Azərbaycan Prezidentinin 2022-ci ilin sentyabrında İtaliyaya işgüzar səfərləri ölkələrimiz arasında dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoymasını səciyyələndirib:

“Azad olunmuş ərazilərin bərpasına dəvət olunanlar arasında dost ölkə İtaliyanın şirkətləri də ön sıralardadır”.

Nazir bildirib ki, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq dinamik inkişaf edən istiqamət olaraq insanlararası ünsiyyətin dərinləşməsinə mühüm töhfə verir:

“Ölkəmizlə İtaliya arasında ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri sahəsində də əməkdaşlıq mövcuddur”.

Tədbirin bədii hissəsində Azərbaycan incəsənət ustaları çıxış edib, həmçinin italiyan moda nümayişi keçirilib.



Xəbər 1462 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +