Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu


04.06.2018  12:43 

Bu vakant vəzifələrə müsahibə keçiriləcək





A+  A-

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 12 aprel 2018-ci il tarixində elan edilmiş müsabiqə üzrə müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Bu barədə XəzərNews.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, namizədlərlə müsahibələrin Dövlət İmtahan Mərkəzinin Bakı şəhərində və regionlarda yerləşən inzibati binalarında keçirilməsi nəzərdə tutulur.

Müsahibələrin Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və məhkəmə orqanları üzrə elan edilmiş vakant vəzifələri əhatə etməklə 11 - 29 iyun 2018-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur.

Müsabiqəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin Büdcə sektorunda böyük məsləhətçi (1 vakant yer üzrə 45), Xəzinə əməliyyatlarının uçotu sektorunda böyük məsləhətçi - mühasib ekspert (1 vakant yer üzrə 31), Sosial sahələrdə büdcədənkənar fondların maliyyəsi sektorunda məsləhətçi (1 vakant yer üzrə 30), Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsində aparıcı məsləhətçi (2 vakant yer üzrə 39) vəzifələri üzrə müşahidə edilir. Təqdim etdiyimiz məlumatlardan göründüyü kimi ən yüksək müsabiqə vəziyyəti Maliyyə Nazirliyi ( 17 vakant vəzifə üzrə 277 müraciət), ən aşağı isə Kənd Təsərrüfatı Nazirliyi ( 434 vakant vəzifəyə 31 müraciət) üzrə müşahidə edilib.

12 aprel 2018-ci il tarixində elan edilmiş müsabiqə üzrə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafikinə dair ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Xəbər 1269 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +