Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


09.01.2024  15:11 

Klesio Bauk yenidən “Qəbələ”də!





A+  A-

2023/24 mövsümünün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış transfer dövründə ilk futbolçu keçidini gerçəkləşdirib. “Qırmızı-qaralar” Mozambik millisinin üzvü Klesio Bauku heyətinə qatıb.

Xəzərnews.az Qəbələ FK-ya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb.

29 yaşlı vinger 2019/20 mövsümündə də “Qəbələ”nin formasını geyinib. Bauk “qırmızı-qara” forma ilə 22 oyunda 3 qol vurub. O, Premyer Liqada 18, Azərbaycan kubokunda 2 (3 qol), avrokuboklarda 2 matçda meydana çıxıb.

Futbolçu karyerasına "Ferroviariu" klubunda başlayan Klesio "Benfika" (2012-13), “Benfika B” (2013-16), “Harrisburq Siti” (2014), “Panetolikos” (2016-18), “İstanbulspor” (2018-19), “Zirə” (2020-21), “Maritimo” (2021-23), “Maritimo B” (2021) və “Honka” (2023) klublarının şərəfini qoruyub. Hücumçu 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyur. Bauk millidəki 46 oyunda 7 qol vurub.

Xəbər 1384 dəfə oxunub.



15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +