Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


28.05.2021  09:22 

Teymur Rəcəbov yarımfinalda





A+  A-

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin “The FTX Crypto Cup” turnirində Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarımfinala vəsiqə qazanıb.
XəzərNews.az xəbər verir ki, şahmatçımız 1/4 finalın cavab matçında niderlandlı Aniş Giri ilə üz-üzə gəlib. Dörd partiyadan ibarət matçın bütün oyunları heç-heçə başa çatdığından matçda bərabərlik qeydə alınıb. Bununla da dünən keçirilmiş birinci matçda 2,5:1,5 hesabla qələbə qazanmış T.Rəcəbov qalib elan olunaraq yarımfinala vəsiqəni təmin edib.

1/4 final mərhələsinin digər iştirakçıları Fabiano Karuana (ABŞ) - Yan Nepomnyaşi (Rusiya), Uesli So (ABŞ) - Maksim Vaşye-Laqrav (Fransa), Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç) qarşılaşmaları davam edir.

Qeyd edək ki, T.Rəcəbov təsnifat mərhələsində 8,5 xal toplayaraq 7-ci pillədə qərarlaşmaqla pley-offa vəsiqə qazanıb. Ş.Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutaraq turnirdə mübarizəni dayandırıb.

“The FTX Crypto Cup” turnirinin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar dəyərində “bitcoin” olacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

Xəbər 1461 dəfə oxunub.



15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +