İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...
Generalın avtomobili partladıldı
Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır - Kallas
Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı


01.12.2020  16:48 

Rusiya Türkiyədən “KALKA” istədi





A+  A-

Türkiyə Milli Müdafiə Nazirliyi “Milli və NATO Gizli Müəssisə Təhlükəsizlik Sertifikatı”na sahib zərərli dron və PUA uçuşlarının qarşısını almaq üçün mobil erkən xəbərdarlıq hava müdafiə sistemi “KALKA”nın hazırlandığını açıqlayıb.
XəzərNews.az xəbər verir ki, şirkətin koordinatoru Bəkir Yalçın sistemin narkotik, bomba və qadağan olunmuş maddələr kimi yararsız yüklərin və terrorçu uçuşlarının qarşısını almaq üçün istehsal olunduğunu bildirib.

Sistemi “maşın üzərində yerləşdirilmiş dron əleyhinə dron” olaraq xarakterizə edən Yalçın sistemin tamamilə yerli və milli qurğularla istehsal edildiyini deyib.

O, dron üçün Rusiya, Pakistan, BƏƏ, Əfqanıstan, Malayziya, Şri-Lanka, Qətər, Banqladeş kimi ölkələrin müraciət etdiyini vurğulayıb.

Rusiyanın adı açıqlanmayan özəl şirkətlərindən biri sistemi almaq üçün Türkiyəyə müraciət edib və imzalanan müqaviləyə uyğun olaraq məhsulun ixracı üçün istehsal prosesi başlayıb.

“KALKA”nın çatdırılması təxminən bir ay ərzində gözlənilir.

Qeyd olunub ki, Pakistandan bir heyət də “KALKA”nın funksiyalarını görmək və cihazı araşdırmaq üçün Antalyaya gedib. Belə ki, Pakistan bu sahəyə 14 milyon dollar sərmayə ayırmaq niyyətindədir.

Xəbər 1774 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +