İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...
Generalın avtomobili partladıldı
Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır - Kallas
Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı


21.01.2020  15:58 

36 min maaş alan nazir pulsuzluqdan şikayətləndi





A+  A-

Ukraynanın Elm və Təhsil naziri Anna Novosad əməkhaqqısı az olduğuna görə uşaq dünyaya gətirə bilmədiyindən şikayətlənib.
XəzərNews.az-ın “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, 29 yaşlı Novosad jurnalistlərə bildirib ki, onun öz mənzil və xidməti avtomobili var, aldığı 36 min qrivna (2516 AZN) miqdarındakı maaş isə normal bir həyat sürmək üçün bəs edir.

Məmurun sözlərinə görə, belə bir maaşla nə uşaq saxlaya, nə də təqaüdə çıxmaq üçün qənaət edə bilər. O, Təhsil Nazirliyində işlədiyi müddətdə nazir maaşından daha çox qazandığını etiraf edib.

Nazirin şikayətləri Ukraynanın sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Ona xatırladılıb ki, ölkədə orta əmək haqqı Novosadın maaşından üç dəfə azdır.

Rəylərdə xəstəxanalarda baş həkimlərin, eləcə də məktəb direktorlarının 15 min qrivnaya (1048 AZN) yaxın əməkhaqqı almalarına baxmayaraq, dolandıqları qeyd olunub.

Ukrayna Mənzil Birliyinin rəhbəri Aleksandr Skubçenko Novosadı tənqid edərək milyonlar əldə etmək istəyirsə, biznes qurmağı məsləhət görüb.

Xatırladaq ki, A. Novosad ötən il avqustun 29-da Elm və Təhsil naziri təyin edilib.

Xəbər 1650 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +