İspəndiyarın “Hollywood”u...
Eldar Əzizovu söysək də, onun səlahiyyəti yoxdur - Hafiz Hacıyev
Orxan Fikrətoğlu nazirin müşaviri təyin olundu
Aktrisa 81 yaşlı ərindən yaşına görə boşanır
Kurskdakı PUA meydanı vuruldu
Ruslar Pokrovskdan tədricən geri çəkilirlər
Rüşvətlə sertifikat verənlərlə bağlı... - Qərar
“Abi” hotelinin fəaliyyəti dayandırılıb
Sabahın havası: 27 dərəcə isti olacağı gözlənilir
Ermənistan baş naziri referendum kampaniyası aparır - Şərh


06.08.2018  23:18 

Bakıda ipoteka dələduzluğu - VİDEO





A+  A-

İpoteka ilə ev almaq istəyənlərin sayının çoxalması dələduzları bu sahəyə də yönəldib.
XəzərNews.az xəbər verir ki, fırıldaqçılar tək şəxsiyyət vəsiqəsi ilə kredit adı ilə vətəndaşları aldadırlar.

Bir qrup vətəndaş "Xəzər xəbər"ə müraciət edərək bir şirkət tərəfindən aldadıldıqlarını iddia edib. Məsələni araşdırdıqda isə olduqca maraqlı detallar üzə çıxıb.

Min bir əziyyətlə ev almaq üçün pul yığan bir neçə vətəndaş dələduzluq edən şirkətin qurbanı olub. Uzun müddətdir özünə ev almaq istəyən, lakin tam məbləğə gücü çatmayan Vüsal Həsənov internetdə "SN Group" adlı bir səhifə ilə rastlaşır. Burada tək şəxsiyyət vəsiqəsi ilə ipoteka kreditinin verilməsi ilə bağlı yüngül şərt vətəndaşa cəlbedici görünür.

Vüsal Həsənov deyir ki, sənədləri topladıqdan sonra özünü "SN Group" şirkətinin direktru kimi təqdim edən Aydın İsmayılovla müqavilə bağlayır. Daha sonra Aydın İsmayılov vətəndaşdan ilkin ödəniş və şirkətin komisiyya haqqını ödəməsi üçün banka göndərib və yenidən görüşmələrini təklif edib.

Növbəti gün Vüsal Həsənov görüş üçün deyilən yerdə olsa da, Aydın İsmayılov gəlməyib. Və orda məlum olub ki, onu kimi bir neçə vətəndaş da eyni qaydada şirkətə pul ödəyib.

Digər zərərçəkmiş Anar Rəhimov isə deyir ki, onlardan əlavə 4-5 nəfərə qarşı da eyni yolla dələduzluq olub. Həmin gündən bu vaxta qədər isə Aydın İsmayılovdan bir məlumat yoxdur. "SN Group"un yerləşdiyi ofisdən isə bildirdilər ki, Aydın İsmayılov ofisi bir aylıq kirayə götürüb, növbəti ay isə ödəniş etmədiyinə görə aralarındakı müqaviləyə xitam verilib.

Maraqlısı budur ki, vətəndaşlara verilən bank qəbzlərində "İpotekanın rəsmiləşdirilməsi üçün ilkin ödəniş" kimi qeyd edilib. Qəbzdə yazılanlara və müqaviləyə inanan vətəndaşlar isə prosesin rəsmi qaydada keçdiyi qənaətinə gəliblər.

Ekspertlər isə deyirlər ki, təcrübədə belə bir dələduzluq formasına rast gəlinməyib və bu məsələnin ciddi şəkildə araşdırmaya ehtiyacı var.

Faktla bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Araşdırmalar davam etdirilir.


Xəbər 1167 dəfə oxunub.





21.04.2025  17:41 

Kurskdakı PUA meydanı vuruldu

21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı


BÜTÜN XƏBƏRLƏR +