İspəndiyarın “Hollywood”u...
Eldar Əzizovu söysək də, onun səlahiyyəti yoxdur - Hafiz Hacıyev
Orxan Fikrətoğlu nazirin müşaviri təyin olundu
Aktrisa 81 yaşlı ərindən yaşına görə boşanır
Kurskdakı PUA meydanı vuruldu
Ruslar Pokrovskdan tədricən geri çəkilirlər
Rüşvətlə sertifikat verənlərlə bağlı... - Qərar
“Abi” hotelinin fəaliyyəti dayandırılıb
Sabahın havası: 27 dərəcə isti olacağı gözlənilir
Ermənistan baş naziri referendum kampaniyası aparır - Şərh


06.08.2018  17:36 

Metronun bu stansiyası təmirə bağlanır





A+  A-

Avqustun 8-də "Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirlərinin növbəti mərhələsi başlanır.
Bu barədə XəzərNews.az-a Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, 1979-cu ildə istismara verilmiş Bakı metropoliteninin yeganə yerüstü stansiyası olan "Bakmil”də bu vaxta qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb: "Uzunmüddətli istismar dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğuların, həmçinin digər infrastrukturun təmir-bərpası və yenidənqurulması günün zəruri tələbi idi.

2017-ci ilin yayından aparılan yenidənqurmanın əvvəlki mərhələlərində görülən yüksək təhlükəsizlik tədbirləri nəticəsində sərnişinlərin stansiyadan istifadə etməsinə məhdudiyyətlər qoyulmayıb. Lakin təmirin qarşıdakı müddəti ərzində burada çalışan işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sərnişin qatarlarının hərəkətinin günün müəyyən saatlarında məhdudlaşdırılması zərurəti yaranıb. Eyni zamanda, görüləcək işlərin mahiyyəti nəzərə alınaraq, bu, təmir prosesinin sürətləndirilməsinə də təsir edəcək. Qeyd edilənləri nəzərə alaraq, 2018-ci il avqust ayının 8-dən sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq. Belə ki, sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər.

"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi məhdudiyyəti stansiyadan istifadə edənlərin monitorinqini apararaq tətbiq edib. "Bakmil" stansiyasının əsas sərnişinləri yaxın ərazinin sakinləri, həmçinin burada yerləşən müəssisə və təşkilatların əməkdaşlarıdır. Buna görə də onların marağı xüsusi olaraq nəzərə alınaraq, məhdudiyyət günün əsas iş vaxtı hesab olunan 8:20-17:00 aralığına təyin edilib. Bu isə o deməkdir ki, hərəkət qrafikinə uyğun olaraq, qatarlar sərnişinləri 8:20-yə qədər və 17:00-dan sonra həm "Bakmil", həm də əks istiqamətdə daşıyacaq".

B.Məmmədov bildirib ki, məhdudiyyət tətbiq edildiyi müddətdə sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, "Bakmil" stansiyasına sərnişinlərin giriş-çıxışının məhdudlaşdırıldığı vaxt ərzində, "Bakmil" və "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti fəaliyyət göstərəcək.

Xəbər 1232 dəfə oxunub.



21.04.2025  17:41 

Kurskdakı PUA meydanı vuruldu

21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı


BÜTÜN XƏBƏRLƏR +