Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


28.10.2022  11:51 

“Yeni klinika”da qazi və şəhid ailələri ilə görüş keçirildi





A+  A-

Bu gün “Yeni Klinika” tibb müəssisəsinin direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayev klinikada çalışan qazi və şəhid ailəsi üzvləri ilə görüşüb.

XəzərNews.az xəbər verir ki, tədbirdə son 3 ay ərzində tibb müəssisəsinə işə qəbul olunmuş 20-dək I və II Qarabağ Müharibəsinin qaziləri, veteran və şəhid ailələri, həmçinin klinika əməkdaşları iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən C.Paşayev ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət, sağlamlıqlarını qurban verən qazilərimizə can sağlığı diləyib.

Tədbirdə “Yeni Klinika”tibb müəssisəsində çalışan qazi və şəhid ailəsi üzvlərinin istək və təkliflərini dinləyən Cavid Paşayev aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Sonda xatirə şəkli çəkdirilib.









Xəbər 1098 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +