Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


02.12.2022  15:10 

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşdü





A+  A-

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.

Nazirlikdən XəzərNews.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə ATƏT arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, ATƏT çərçivəsində mövcud problemlər, habelə regionda baş verən ən son proseslər müzakirə edilib.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, danışıqlar prosesi və iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə hal-hazırkı vəziyyət, ərazilərin minalardan təmizlənməsi kimi məsələlər barədə tərəf müqabilini məlumatlandırıb.

Ermənistan tərəfinin danışıqlar prosesinə törətdiyi maneələr, öhdəlikləri kobud şəkildə pozması, eləcə də törətdiyi mina təxribatları diqqətə çatdırılıb. Mina təhdidinin aradan qaldırılması və bir sıra digər istiqamətlərdə ATƏT tərəfindən layihələrə dəstək verilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə tərəflər, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələləri müzakirə ediblər.

Xəbər 910 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +