Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


06.05.2020  13:38 

“Barselona”ya icazə verildi





A+  A-

Koronavirus pandemiyasına görə təxminən iki aydı məcburi istirahətə göndərilən “Barselona”nın futbolçuları bu gündən etibarən klubun bazasında bir araya gələcəklər.
XəzərNews.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, İspaniya La Liqasının inspektoru ötən gün klubun bazasına gələrək mövcud vəziyyətlə tanış olub. O, “Barselona” futbolçularının məşqlərə başlamasına icazə verib. Bu gün futbolçular uzun fasilədən sonra ilk dəfə klubun bazasında bir araya gələcəklər. Lakin bütün kollektiv öncə koronavirus testindən keçəcək. Bütün analizlər ürəkaçan olsa, futbolçular fərdi qaydada, sosial məsafə qaydalarına əməl etməklə məşqlərə başlayacaqlar.

Yeri gəlmişkən, İspaniya çempionatında 2019/20 mövsümünün lideri olan “Barselona”nın koronavirus pandemiyası ilə əlaqədar turnirlərin təxirə salınmasına görə 120-140 milyon avroluq maliyyə itkisi ilə üzləşdiyi məlum olub. Bunu yerli mətbuata açıqlamasında klubun vitse-prezidenti Jordi Kardoner deyib. Onun sözlərinə görə, “Barselona” matçlara və klubun muzeyinə bilet satışının olmamasından təxminən 50 milyon avro, televiziya verilişlərindən 39 milyon avro, klub dükanları və futbol məktəbi daxil olmaqla potensial kommersiya gəlirlərindən 20 milyon avro itirib.

İspaniya çempionatı mart ayında dayandırılıb. 27 turdan sonra “Barselona” 58 xalla turnir cədvəlinə başçılıq edir.

Xəbər 1679 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +