Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu


04.11.2018  15:16 

Volqoqrad Vahid Ələkbərova qarşı çıxdı: “...bizi soyur”





A+  A-

Rusiyanın Volqoqrad şəhərinin sakinləri azərbaycanlı neft maqnatı, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərova “Volqoqrad vilayətinin fəxri vətəndaşı” adının verilməsinə qarşıdır.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, saytlardan biri tərəfindən şəhər sakinləri arasında keçirilmiş sorğunun nəticələrinə əsasən rəyi soruşulanların 93 faizi Ələkbərova bu adın verilməsini dəstəkləməyib.

Sakinlərin arqumentləri arasında bu cür fikirlər yer alır:

“O, elə edib ki, “Lukoil” torpaq vergisindən başqa bütün vergiləri başqa regionda ödəyir. Bizdə ödədiyi torpaq vergisi isə cüzidir”, “Neftçilər bizi soyur, üstəlik mükafat da alır?”

Vahid Ələkbərova “Volqoqrad vilayətinin fəxri vətəndaşı” adını vermək təşəbbüsü qubernator Andrey Boçarova məxsusdur. Bu fəxri adla yanaşı “Lukoil” prezidenti regionun büdcəsindən ayda 2 min rubl da almalıdır. Vilayət Duması azərbaycanlı maqnata bu fəxri adın verilməsinə az qala yekdilliklə səs verib. Təkcə bir deputat bunun əleyhinə çıxıb.

Xəbər 1045 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +