Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


24.07.2018  15:42 

Mehman Hüseynov buraxılacaq?





A+  A-

Həbsdə olan bloqçu Mehman Hüseynovun anası ağır xəstədir və o, 10 günə yaxındır reanimasiyada müalicə alır.
XəzərNews.az xəbər verir ki, bu barədə BBC News Azərbaycancaya Mehman Hüseynovun atası Rafik Hüseynov məlumat verib. Onun sözlərinə görə, oğlunun anası ilə görüşməsi üçün müvafiq qurumlara ötən həftənin şənbə günü müraciət olunub. "Ürəyində olan problemə görə, kliniki ölüm keçirib. Ürəyi dayanmışdı və bu müddət ərzində komadadır".

Bloqçunun vəkili Fuad Ağayev deyib ki, "anasının səhhətində ciddi problemlər olduğu üçün Mehmanın qısa müddətli azadlığa buraxılması" üçün Cəzaçəkmə müəssisəsinin rəhbərliyinə və Penitensiar xidmətə müraciət olunub.

Fuad Ağayev əlavə edib ki, "qısa müddət deyəndə bir həftə nəzərdə tutulur. Müraciət Mehman Hüseynov və onun digər vəkili Şəhla Hümbətova tərəfindən imzalanıb və rəsmi qurumlara təqdim olunub". Onun sözlərinə görə, hələ də rəsmi qurumlardan müraciətlərinə cavab almayıblar.

Vəkil bildirib ki, bloqçunun anasının xəstəliyini təsdiq edən sənədlər də rəsmi qurumlara təqdim olunub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətdən isə bildiriblər ki, bu kimi müraciətlərə fərdi qaydada baxılır. Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyib ki, "müraciətə baxılıb qanunvericiliyə uyğun cavab ona veriləcək".

Xəbər 1650 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +