Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


05.03.2018  11:32 

“Nazirlik xalq artistini qamışlıqda dəfn edib” - Ailəsindən sərt ittiham





A+  A-

Xəbər verdiyimiz kimi, martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbərin məzarı dəyişdirilib. Sənətkarın nəşi anası Samaya Əkbərovanın məzarının yanına köçürülüb.
İddia olunur ki, Mədəniyyət və Turizm Nazirliyi mərhumun "Qurd qapısı"nda dəfn olunacağı barədə ailəsinə məlumat verib. Lakin Tahir Əkbər başqa bir məzarlıqda torpağa tapşırılıb.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” mövzu ilə bağlı bəstəkarın həyat yoldaşı Aybəniz Əkbərlə əlaqə saxlayıb. O, yayılan məlumatları təsdiq edərək mərhumun məzarının dəyişdirildiyini qeyd edib:

“Mən bir bəstəkar xanımı kimi Bəstəkarlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişdim. Sağ olsunlar, kömək etdilər. Amma Tahir müəllimi layiqsiz yerdə gördüyümə görə onun məzarını dəyişdirdim. Çünki həmişə zarafatyana deyərdi ki, məni xidmətlərimə görə, 2-ci Fəxri Xiyabanda dəfn edərlər.

Onun Azərbaycan incəsənətinə xidmətini danmaq olmaz. Mən öz qərarımı dəfn mərasimində verdim. Vəssalam. Səhər durub öz borcumu yerinə yetirdim. Nazirlikdən mənə deyilmişdi ki, Badamdarda basdırılacaq. Bilməmişdim ki, bir qamışlıqda, boş ərazidə tək onu dəfn edəcəklər. Əlavə bir şərhə ehtiyac varmı? Hamısı göz qabağındadır”.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mövqeyini öyrənmək istəsək də, telefonlarımıza cavab verən olmayıb.

Xəbər 1564 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +