Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


04.03.2018  10:23 

“Futbolçularım bilir ki...” - Qurban Qurbanov





A+  A-

“Hər iki komandanın futbolçularını təbrik edirəm. Sona qədər mübarizə apardılar”.
XəzərNews.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sumqayıt”la 1:1 bitən matçdan sonra deyib.

Mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı oyun barədə fikirlərini bildirib:

“Çətin oyun olacağını bilirdik. Bunu futbolçulara da demişdim. Rəqib komandanın baş məşqçisini təbrik edir, uğurlar arzu edirəm. Nə qədər xal qazansaq, bizim üçün o qədər də yaxşıdı. Bundan sonrakı oyunlar çətin olacaq və onlara ciddi hazırlaşmalıyıq”.

- Yarımmüdafiənin cinahında Danini yox, Geryeni oynatdınız. Geryedən gizli silah kimi istifadə etməyə çalışırdınız?

- Bəli, planımızda var idi. Dani topla daha çox rəftar edir, Gerye isə əksinə. Ona görə də Danini ehtiyatda saxlayıb, Geryedən gizli silah kimi istifadə etməyə çalışdıq.

- Sanki futbolçularınızda arxayınlıq var. Bu fikirlə razısınız?

- Belə düşünmürəm. Futbolçularım bilir ki, hər bir komandaya qarş oynamaq çətindi. Çempionatda hər bir oyuna son matç kimi hazırlaşırıq. Biz nə qədər belə olmadığını desək də, ola bilər bir qədər boşluq var. Əgər belə həvəssizlik varsa, bunu aradan qaldırmağa çalışacağıq.

Xəbər 1923 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +