Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


03.10.2017  15:48 

“Qadınlar işləmək istəmir, deyirlər ev işiylə məşğuluq” - Nazir





A+  A-

"Açıq danışaq, Bakıda və digər şəhərlərdə iş tapmaq olar, sadəcə olaraq, bir çox hallarda insanlar özləri işləmək istəmir. Kənd yerlərində isə iş yerləri ilə bağlı problem var".
XəzərNews.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov haqqin.az saytına müsahibəsində deyib:

"Qadınların çoxu işləmək istəmir və bu, böyük ölçüdə milli ənənələrin xüsusiyyətindən irəli gəlir. Qadınlar açıq deyirlər ki, işləmək istəmirik, çünki ev işləri ilə məşğuluq. Və onlar kömək üçün müraciət etmirlər, iş axtarmırlar, nəticədə, onları işsiz kateqoriyasına aid etmək olmaz.

Ölkədə orta aylıq əmək haqqı 522 manatdır. Tutaq ki, ailə beş nəfərdən ibarətdir. Bu ailənin minimal ehtiyac zənbili 580 manatdır. Əgər ailə başçısı 522 manat qazanırsa, o zaman o ailəsinin minimal ehtiyaclarını təmin edə bilməz və deməli, bu ailənin ünvanlı yardım üçün müraciət etmək hüququ var, elə deyilmi? Lakin biz ailələrin yardım üçün müraciət etmək hüququnu məhdudlaşdırmalıyıq. Məsələn, ailə 8 nəfərdən ibarətdir, onlardan 5-i əmək qabiliyyətlidir. Lakin işləmək istəmirlər, sosial yardım tələb edirlər. Sual olunur, niyə?"

Xəbər 1158 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +