Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


09.08.2017  09:16 

Şirvanda “əcaib” canlı tapılıb - VİDEO





A+  A-

Şirvan sakini həyətində bu yerlər üçün xarakterik olmayan qəribə heyvana rast gəlib. Heyvanı tutan Ağasəməd İbrahimov onun adını və hansı növə aid olduğunu müəyyən etməkdə çətinlik çəkib.
XəzərNews.az APA TV-yə istinadən xəbər verir ki, "çağırılmamış qonaq" üçün balaca bir sığınacaq hazırlayan ev sahibi dördayaqlı yırtıcının nə ilə qidalandığını bilmədiyindən ona hər gün bişmiş yumurta yedizdirir. İnternet üzərindən aparılan axtarışla müəyyən etmək mümkün olur ki, latınca adı “vormela peregusna” olan bu nadir ekzotik yırtıcının yayılma arealı şimal-qərbi Monqolustan və Çin, Balkan yarımadası, Ön Asiya və qərbi Avropaya qədər gedib çıxır. Bizim ərazilərdə də bu yırtıcıya rast gəlmək mümkündür. Ancaq Aranda onu indiyədək görən olmayıb.

Əsasən səhra şəraitində yaşayan perequznanın gövdəsinin uzunluğu 27-38 santimetr, yetkin növünün çəkisi 350-750 qram olur. Səhra siçanları ilə qidalanan bu canlının müvəqqəti sığınacaqda vəziyyəti o qədər də münasib görünmədiyi üçün ev sahibləri onu zooparka və ya yaxınlıqda yerləşən həvəskar ekzotik heyvan kolleksionerlərinə təhvil verməyi düşünür.


Xəbər 1517 dəfə oxunub.





18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +