Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu


19.05.2017  19:59 

Nazirlik düşmənin yaydığı videoya münasibət bildirdi





A+  A-

"Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin guya öz bölmələrinin mövqelərini minaatanlardan vurmasını əks etdirən videomaterial yayıb".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, döyüş meydanında məğlubiyyətə düçar olan Ermənistan tərəfi bunun əvəzini virtual məkanda çıxmağa uğursuz cəhdlər göstərir: “Hazırda cəbhənin müxtəlif istiqamətlərində, o cümlədən Tərtər-Ağdərə istiqamətində yerləşən ön xətt bölmələrimiz hazırlıq planına əsasən döyüş vəziyyətinə uyğun şəraitdə atış məşqləri keçirir. Videodakı partlayışlar isə ermənilərin iddia etdikləri kimi 60 millimetrlik minaatan mərmiləri yox, təlimdə istifadə edilən əl qumbaralarının partlayışıdır. Hətta mütəxəssis olmayan, silahdan azacıq anlayışı olan şəxs belə bu partlayışların minaatanların mərmilərinə aid olmadığını asanlıqla təyin edə bilər”. (apa)

Xəbər 1233 dəfə oxunub.




22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +