Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video


20.02.2025  15:01 

Bakıda həkim xuliqanlığa görə tutuldu





A+  A-

Bakıda həkim inzibati qaydada həbs edilib.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Qaradağ rayonu 20 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim-terapevt işləyən 1998-ci il təvəllüdlü E.Babayev xuliqanlıq əməli ilə bağlı polis tərəfindən saxlanılıb.

Onun hərəkətləri şübhə doğurduğundan müayinəyə göndərilib.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində ambulator məcburi narkoloji tibbi yoxlamadan keçirilən həkimdən götürülən nümunədə THC (+) aşkar olunub. Həmçinin rəydə həkimdə narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı qeyd edilib.

E.Babayev barəsində inzibati protokol tərtib edilib. O, Binəqədi Rayon Məhkəməsinə göndərilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitə olan marixuanadan 31 dekabr 2024-cü il tarixdə istifadə etdiyini deyib.

Biinəqədi Rayon Məhkəməsinin qərarı ilə həkim-terapevtə 1 ay inzibati həbs cəzası verilib.

Xəbər 1064 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +