Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


18.09.2022  23:24 

Azərbaycan parabadminton idman növündə ilk medalını qazanıb





A+  A-

Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev Uqandanın paytaxtı Kampalada keçirilən “Uganda Para Badminton International 2022” turnirində bürünc medal qazanıb.

Azərbaycan Badminton Federasiyasından Oxu.Az-a verilən məlumata görə, cari ilin avqustundan başlayaraq məşqçi Teymur Abbasovla birgə parabadmintonda ölkəni beynəlxalq arenada təmsil etməyə başlayan idmançı qısa müddət ərzində qatıldığı ikinci turnirdə mükafatçılar sırasında yer almağı bacarıb.

Kişi badmintonçuların şəxsi yarışında qrup mərhələsini ilk sırada başa vuran Əliyev uğurlu çıxışının davamını pley-offda da gətirib.

1/4 finalda Manoj Kumara (Hindistan) 2:0 (21-14,21-12) hesabı ilə qalib gələn badmintonçu ən güclü 4-lüyə yüksəlməklə bürünc medalı təmin edib.

Yarımfinalda turnirin reytinq favoritlərindən sayılan hindistanlı Natarajan Zillaiyə 0:2 (11-21,16-21) hesabı ilə uduzan Azərbaycan təmsilçisi Uganda Para Badminton International 2022” turnirində bürünc medala sahib çıxıb.

Bu həm də Azərbaycan parabadmintonu tarixində beynəlxalq turnirlərdə qazanılan ilk medaldır.

Xəbər 5590 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +