Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü


31.01.2022  14:01 

Finalın ilk oyunlarını bu hakimlər idarə edəcək





A+  A-

Futbol üzrə Azərbaycan Kuboku turnirində dörddəbir final mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb.

XəzərNews.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək mərhələyə fevralın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Keşlə” oyunu ilə start veriləcək. Vüqar Həsənlinin idarə edəcəyi qarşılaşma saat 17:30-da start götürəcək.

Saat 19:45-də başlayacaq ikinci oyunda “Neftçi” və “Sabah” klubları üz-üzə gələcək. “Bakcell Arena” stadionunda oynanılacaq matçın baş hakimi Əliyar Ağayev olacaq.

Mərhələnin digər iştirakçısı “Zirə” komandası fevralın 2-də “Səbail” komandasını qəbul edəcək. Saat 17:00-da start götürəcək görüşdə baş hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Sonuncu görüşdə isə “Sumqayıt” və “Qəbələ” klubları qarşılaşacaqlar. Rauf Cabarovun idarə edəcəyi qarşılaşma saat 19:45-də start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Xəbər 1881 dəfə oxunub.



28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +