Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


05.10.2020  15:10 

Düşmən cəbhəyanı rayonlarda yanğınlar törədib





A+  A-

Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.
XəzərNews.az FHN-ə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağdam rayonunun Alıbəyli kəndində vətəndaşa məxsus həyətyanı sahədə təsərrüfat sahəsində yanğına səbəb olub. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Ağcabədi rayonunun Sarıcalı kəndində vətəndaşa məxsus fərdi yaşayış evi yanıb, təsərrüfat sahəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Mərmi düşməsi nəticəsində Bərdə şəhərində vətəndaşa məxsus evin yanar konstruksiyaları və həyətyanı sahədəki köməkçi tikili yanıb. Bir nəfər həlak olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

Xəbər 2115 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +