Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


14.09.2018  13:54 

Səməd Seyidov: “Ermənilər növbəti məsuliyyətsiz addımlara əl atıblar”





A+  A-

“Ermənistan tərəfindən növbəti məsuliyyətsiz bəyanatlar, fikirlər səsləndirilir. Bu gün də bunun şahidi olduq”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov adıçəkilən komitənin sentyabrın 14-də keçirilən iclasında deyib.

Komitə sədri Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətini məsuliyyətsizlikdə ittiham edib.

“Bildiyiniz kimi, Ermənistan hakimiyyət dəyişikliyindən sonra AŞPA-da hələ də keçmiş rəhbərliyin müəyyənləşdirdiyi nümayəndə heyəti ilə təmsil olunur. İndi onlar Paşinyan hökumətinin formalaşdıracağı nümayəndə heyətində hansısa formada yenidən təmsil olunmaq üçün növbəti məsuliyyətsiz addımlara əl atıblar.

Onların verdiyi bəyanatda həqiqətə əks etdirən məqam yoxdur, hamısı tamamilə məntiqsiz ifadələrdir. Onlar Ermənistan rəhbərliyinin, Paşinyan hökumətinin məsuliyyətsiz bəyanatlarını təkrarlayır, eləcə də, Paşinyanın demək istədiklərini səsləndirirlər. Ancaq bunların heç bir faydası yoxdur”, - deyə komitə sədri əlavə edib.

Xəbər 1708 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +