“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub
Bu kollecdə tələbələrdən 350-500 manat pul alınır - İddia
Paşinyan sülhdən danışdı
Məmməd Musayev vəzfəzindən kənarlaşdırıldı


07.04.2025  12:53 

“İran bəlkə də ABŞ-a qarşı yox, Türkiyəyə qarşı müharibəyə hazırlaşır” – Politoloq





A+  A-

“İran ordusunun yüksək hazırlıq vəziyyətinə gətirildiyi barədə məlumatlar yayıldı. Əmri ali rəhbər S.Ə.Xamenei verib. A.Ə.Xameneinin belə əmr verməsini İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Bagirinin də açıqlamasından başa düşmək olar”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, SEPAH-ın komandanı Hüseyn Səlami də bu hərb mövzusunda açıqlama verdi: “Müharibə etmək fikrində deyilik. Hücum olarsa cavab verəcəyik”.

Politoloq qeyd edib ki, hətta İranın Hava Hücumundan Müdafiə qüvvələrinə İran səmasına daxil olan istənilən şübhəli obyekti icazə olmadan vurmaq göstərişi verilib:

“Bəhreyn, İraq, Qətər, Küveyt, BƏƏ və Türkiyəyə ABŞ-a istənilən dəstəkləri İran İslam Respublikası tərəfindən düşmənçilik aktı kimi qiymətləndiriləcək və ciddi nəticələri olacaqdır. Son günlər Qətərin də İsraillə birgə hərbi təlim keçirməsi İranın siyasətinə etimadsızlıq kimi qəbul edilə bilər. Türkiyənin adının bu dövlətin sırasında olması çox təhlükəlidir. Çünki Türkiyədə ABŞ-ın “Kürəcik” bazası İranda çox populyardır. Guya İranla bağlı kəşfiyyat məlumatlarını NATO, ABŞ və İsrailə ötürür. Lazım oldu-olmadı proseslərin “Kürəcik”dən idarə olunması adı ilə Türkiyəyə zərbə endirə bilərlər. Qəzzada müharibəni başladıqdan az müddət sonra İran İsrail qədər Türkiyəni hədəfdə saxladı. Türkiyəyə qarşı təzyiqləri ABŞ və İsrailə mətbuatda olan təzyiqlərdən heç də geri qalmadı”.

M.Əhmədoğlu qeyd edib ki, indi də İran ABŞ-la danışıqlar müstəvisinə anti-Türkiyə və anti-Rusiya siyasətini təqdim edir.



Xəbər 1656 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +