Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


21.07.2019  12:45 

“Xaricdən gələn hər idmançı 90 avro pul ödəyir” - Azad Rəhimov





A+  A-

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasiminə 6750 bilet satılıb.
XəzərNews.az-ın “Trend”ə istinadən məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, açılış mərasimi üçün biletlər tamamilə satılıb. A.Rəhimov qeyd edib ki, yarışa maraq böyükdür. Onun sözlərinə görə, hətta bəzi arenalarda otaracaqların sayı bilet istəyənlərin sayından azdır.

Nazir vurğulayıb ki, bəzi yarışlar üçün biletlərin 60 faizi, bəziləri üçün isə 50 faizi satılıb. İdmançıların xərclərinin ödənilməsinə gəlincə isə, A.Rəhimov qeyd edib ki, xaricdən gələn hər bir idmançı 90 avro ödəyir: "O pula gündə 3 dəfə yemək daxildir. Nəqliyyat məsələlərini də iştirak edən ölkə özü həll edir".

Nazir əlavə edib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda bu yarışların keçirilməsi üçün nəzərdə tutulan büdcə daha azdır.

Qeyd edək ki, bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Xəbər 1978 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +