Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


16.02.2017  10:59 

Azərbaycanda 6 bank filialı ləğv edildi





A+  A-


Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən “PAŞA Bank” ASC-nin yeni şöbəsinin açılmasına icazə verilib və “Bank VTB (Azərbaycan)“ ASC-nin 6 filialının lisenziyaları ləğv edilib.

XəzərNews.az xəbər verir ki, palatanın Direktorlar Şurasının iclasında “PAŞA Bank”-ın Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 20 ünvanında yerləşəcək “Fərdi bankçılıq” şöbəsinin açılması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.

İclasda, həmçinin, “Bank VTB (Azərbaycan)” ASC-nin “İçərişəhər”, “Həzi Aslanov”, “Əhmədli”, “Bakıxanov”, “28 May” və “Xırdalan” filiallarının icazələrinin ləğv edilməsinə dair müraciətinə baxılıb. Filialların bağlanmasına əsas səbəb “Bank VTB (Azərbaycan)” tərəfindən xərclərin optimallaşdırılması göstərilib.

Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 16.2.9-cu  və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Bank VTB (Azərbaycan)”-nin “İçərişəhər” filialının 11.08.2014-cü il tarixli №162/10 saylı, “Həzi Aslanov” filialının 20.08.2013-cü il tarixli №162/5 saylı, “Əhmədli” filialının 27.11.2013-cü il tarixli №162/6 saylı, “Bakıxanov” filialının 21.07.2014-cü il tarixli №162/8 saylı, “28 May” filialının 03.10.2014-cü il tarixli №162/12 saylı və “Xırdalan” filialının  26.09.2014-cü il tarixli №162/11 saylı icazələrini ləğv edib.

Sözügedən filialların ləğvindən sonra bankın filiallarının sayı 8 olacaq.

 



Xəbər 4559 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +