“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir
İlham Əliyev Frank-Valter Ştaynmayeri qarşıladı
2600 manat birdəfəlik müavinəti kimlər alacaq?
“Ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!“ - Mirşahin
Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı


19.08.2021  08:46 

“Ankara Əfqanıstandakı vəziyyəti diqqətlə izləyir” - Hulusi Akar





A+  A-

Türkiyə vətəndaşlarının Kabildən təxliyyə prosesinə Türkiyə HHQ cəlb edilib.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar İstanbulda keçirilən “IDEF - 2021” 15-ci Beynəlxalq Müdafiə Sərgisində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, Ankaranın Əfqanıstandakı vəziyyəti diqqətlə izlədiyini deyib:

“Biz Kabil hava limanı ilə bağlı öz mövqeyimizi əvvəldən bildirmişik. Türkiyənin məqsədləri hər kəsə məlumdur. Əlverişli şəraitdə biz öz missiyamızı davam etdirəcəyik. Paytaxt aeroportunun fəaliyyəti Əfqanıstanın maraqlarına cavab verir.”

Nazir qeyd edib ki, hava limanı ərazisində baş vermiş son faciəvi hadisələr və qarışıqlıq fonunda Kabil aeroportunun işi dayandırılmışdı. Sonra Türkiyə Silahlı Qüvvələrinin və digər ölkələrin hərbi qulluqçularının səyləri nəticəsində sabitliyi təmin etmək mümkün oldu.

Akar bildirib ki, təyyarələr təhlükəsiz şəkildə uçuş və eniş edirlər:

“Son iki gün ərzində 62 uçuş həyata keçirilib. Bir çox ölkələr vətəndaşlarını Əfqanıstandan təxliyyə edirlər. Türkiyə Hərbi Hava Qüvvələri də Türkiyə vətəndaşlarının Əfqanıstandan təxliyyə edilməsinə başlayıb. Aeroportun işinə maneə yoxdur. Təhlükəsizlik təmin edilib. Danışıqların yekunlarına görə, vəziyyət aydınlaşacaq və onda yekun qərar qəbul ediləcək.”

Nazir, həmçinin vurğulayıb ki, Əfqanıstanda Türkiyə hərbçilərinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün tədbirlər görülüb. Hərbçilərin həyatı üçün istənilən risk yolverilməzdir.

“Hazırda vəziyyət sabitdir. Təxliyyə davam edir. Amma biz prosesləri diqqətlə izləyirik. Türkiyə hərbçilərinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün tədbirlər görülür. Vəziyyətdə hər hansı bir dəyişiklik olarsa, biz müvafiq tədbirlər görəcəyik”, - deyə türkiyəli nazir əminlik ifadə edib.

Xəbər 2331 dəfə oxunub.




02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?


BÜTÜN XƏBƏRLƏR +