Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


05.09.2018  11:45 

Sosial evlər satışa çıxarıldı, sistem yenə çökdü - Vaxt dəyişdirildi





A+  A-

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin saytında sosial mənzillər yenidən satışa çıxarılıb.
XəzərNews.az xəbər verir ki, vətəndaşlar saat 11:00-dan etibarən mənzil seçmək üçün sayta daxil olub. Ancaq qısa müddət ərzində sayta giriş çox olduğundan yenə də sistem çöküb.

MİDA məsələylə bağlı məlumat yayaraq mənzil seçimi prosesinin hazırda dayandırıldığını və saat 15:00-dan etibarən yenidən aktivləşəcəyini bildirib.

Qeyd edək ki, satışa çıxarılan mənzillər mətbəx mebeli, kombi sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilib. Güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş bazar qiymətindən aşağı müəyyən olunub.

Bir otaqlıların qiyməti 29 min 925 manatdan, iki otaqlı mənzillərin qiyməti 47 min 282 manatdan, üç otaqlı mənzillərin qiyməti isə 65 min 626 manatdan başlayır. Mənzillərin satış qiymətinə əlavə dəyər vergisi daxildir.

Xəbər 1615 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +