Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


01.07.2020  13:50 

Ağac kəsənlərin işi prokurorluğa göndərildi





A+  A-

Şahdağ Milli Parkının əməkdaşları tərəfindən Milli parkın Qəbələ bölməsinin Bum meşəbəyliyinin ərazisində müxtəlif cinsli 16 ağacın kəsildiyi və təbiətə 4218 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların Qəbələ rayon Tikanı kənd sakinləri Asim və Hidayət Şəfiyevlər tərəfindən kəsildiyi aşkar edilib. Faktla bağlı qanun pozucuları barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Qəbələ rayon Prokurorluğuna göndərilib.

ETSN Qəbələ rayonunun əhalisinə, xüsusilə də Tikanı kəndinin sakinlərinə müraciət də edib: “Kəndin icra nümayəndəliyi və bələdiyyəsinə, kənd ağsaqqallarına müraciət edirik. Meşə sahələrinə belə münasibət göstərənlərə qarşı sərt mövqe tutub, tənbeh edib qınağa çəkib. İctimai tənbeh, ictimai ifşa o vaxtadək olmalıdır ki, insanlar ağac kəsməyi, meşə sahələrinə ziyan vurmağı özlərinə ar bilsinlər, ağac kəsilməsini ən qəddar, insanlığa yaraşmayan hadisə kimi qəbul etsinlər”.

Xəbər 1387 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +