Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


08.02.2025  12:15 

Saxlanılan gəmi heyətimizin ailələri narahatdır - VİDEO





A+  A-

Dörd aya yaxındır Eritreya sularında saxlanılan üç gəmimiz və onların ekipaj üzvlərindən ailələri narahatdırlar.

XəzərNews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, 2 həftəyə yaxındır onlardan, ümumiyyətlə, məlumat ala bilmirlər. Gəmidəki vətəndaşlarımızın qardaşları, ataları, qayınataları qeyd edirlər ki, qohumları uzun illərdir bu sahəbə fəaliyyət göstərir, amma belə hadisə ilk dəfədir ki, başlarına gəlir.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən bildirilib ki, problemlə əlaqədar danışıqlar aparılır, nəticəsinə uyğun olaraq məlumat veriləcək.

Gəmilərin məxsus olduğu “Caspian Marine Services” şirkətinin Azərbaycandakı nümayəndəliyindən isə deyilib ki, Eritreya ərazisində saxlanmış gəmilərin yoxlama prosesi hələ də davam etdirilir. Vurğulanıb ki, aparılan danışıqların nəticəsi olaraq gəmilər daha geniş əraziyə malik limana gətirilib, heyət gəmidən düşərək sərbəst gəzinti zonalarında vaxt keçirmək imkanları ilə təmin edilib. Rabitə və kommunikasiya problemi öz həlini tapmasa da, hüquq şirkətinin nümayəndəsi gəmi heyətinin vəziyyəti ilə gündəlik maraqlanır, onların tələbatlarının qarşılanmasını, xüsusən ərzaq təchizatının vaxtında və tam həcmdə təmin olunmasına köməklik edir.

Daha ətraflı videoda:



Xəbər 1954 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +