Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


07.02.2025  16:03 

Azərbaycanın Ukraynaya yardımı rusları qəzəbləndirdi





A+  A-

“Azərbaycandan olan oliqarxlar Rusiya cəmiyyətində kök salıblar. Tarixi vətəninə bağlı olan istənilən etnik biznesin kökü kəsilməlidir”.

XəzərNews.az xəbər verir ki, bu sözləri qondarma Donetsk Xalq Respublikasının (DXR) birinci dövlət təhlükəsizliyi naziri Andrey Pinçuk Bakının Ukraynaya yardımını şərh edərkən deyib.

O, azərbaycanlı oliqarxlara qarşı sanksiyalarla mübarizə aparmağı təklif edib.

Pinçuk vurğulayıb ki, Azərbaycan Rusiyanın hücum etdiyi enerji obyektlərinin bərpası üçün Ukraynaya pul köçürüb.

Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. 2025-ci ilədək elektrik avadanlıqları qismində 120-yə yaxın transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə 3.3 milyon metrdən çox kabel və naqil Ukraynaya yola salınıb.

Lalə
XəzərNews.az


Xəbər 1385 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +