Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


13.03.2024  15:34 

Tokayevin Qarabağa səfəri: Dostluğun, qardaşlığın daha bir təsdiqi





A+  A-

"Azərbaycan-Qazaxıstan münasibətləri ən yüksək səviyyədədir. İkitərəfli ticarət mübadiləsi yarım milyard dolları aşıb".

Xəzərnews.az xəbər verir ki, bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ekspert bildirib ki, hədəf yaxın illərdə bu rəqəmin 1 milyard dollara çatdırılmasıdır:

"Təbii ki, iki ölkə arasında mühüm siyasi məsələlərdə də gündəmdədir. Azərbaycanla Qazaxıstanın münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır.

Bu da hər iki ölkəyə əsas verir ki, daha bir çox məsələ ətrafında fikir mübadiləsi aparılsın. Konkret olaraq regional təhlükəsizliklə bağlı mövqeyimizi ortaya qoyaq. Ortaq planlarımız var. Xəzəryanı ölkələrin, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təhlükəsizlik məsələsi çox vacib məqamlardandır.

Trans-Xəzər ticarət marşrutunun son illərdə öz vacibliyini daha da təsdiqləyib. Sözügedən nəqliyyat dəhlizi üzərindən malların nəqlinin artırılması tərəflərə imkanlar yaradır ki, onlara yol-nəqliyyat infrastrukturasını təkmil hala gətirsinlər, yeni standartlara uyğunlaşdırsınlar.

Ticarət limanlarının da iş əmsalı artırılır. Azərbaycan və Qazaxıstan yeni nəqliyyat vasitələrinin regiona gətirilməsi və istehsalı ilə məşğul olurlar. Bu, nəticə etibatı ilə Trans-Xəzər Dəhlizin rolunu qlobal miqyasda daha da artıracaq".



İlqar Vəlizadə:Tokayevin Qarabağda səfərdə olması, açılışlarda iştirak etməsi də əhəmiyyətlidir


Analitik vurğulayıb ki, Qazaxıstan prezidenti Kasım-JomartTokayevin Qarabağda səfərdə olması, açılışlarda iştirak etməsi də əhəmiyyətlidir:

"Qazaxıstan prezidenti Qarabağa, işğaldan azad edilmiş bölgələrə səfərlər edir. Bu da Qazaxıstan xalqının Azərbaycan xalqına, mədəni irsimizin dirçəlməsinə verdiyi dəyər və töhfədir. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir.

Tokayevin səfəri Azərbaycan-Qazaxıstan dostluğunu, qardaşlığını bir daha təsdiqləyəcək".

Xəbər 1510 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +