Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


24.04.2018  22:41 

Saray avtobuslarının Sumqayıta girişinə qadağa qoyulub?





A+  A-

Bu gündən etibarən Abşeron rayonunun Saray qəsəbəsindən şəhər mərkəzinə və Sumqayıt istiqamətinə sərnişin daşıma ilə məşğul olan “501”, “503”, “520”, “522” və “585” saylı marşrutların hərəkətinə məhdudiyyət qoyulub.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, buna görə sakinlər bir neçə kilometr məsəfəni piyada getmək məcburiyyətində qalıblar. Qərardan ən çox əziyyət çəkənlər isə Bakıda, Sumqayıtda və Saray qəsəbəsində işləyənlər, təhsil alan tələbələr olub.

Sakinlər bu qərarın hansı səbəbdən verilməsindən xəbərsiz olsalar da, Sumqayıt Nəqliyyat Departamentinə icra hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən göstəriş verildiyini deyiblər.

Əvvəllər həmin marşrutlar Bakı Avtovağzalından çıxıb Saray qəsəbəsini keçməklə Sumqayıtın 18, 12, 13, “Şərq Bazarı”, 6 və 5-ci mikrorayonlarında dayanıb sərnişin toplayırdılarsa, indi sürücülərə Saraydan 18-ci mikrorayona daxil olub Çerkassı küçəsi ilə birbaşa şəhər Avtovağzalına getmələri göstəriş verilib.

Yaranmış vəziyyətlə bağlı Sumqayıt Nəqliyyat Departamenti və Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanılmağa çalışılsa da, zənglərə cavab verən olmayıb.

***

Sumqayıt Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda şəhərdə nəqliyyat infrastrukturu yenidən qurulur:

“İstər şəhərdaxili, istərsə də Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən avtobuslar yeni müasir sərnişin avtobusları ilə əvəz olunur. Son vaxtlar Sumqayıt şəhərinə Türkiyə istehsalı olan 145 ədəd müasir sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılıb.

Bundan əlavə, Bakı-Sumqayıt marşrutu üzrə Saray qəsəbəsindən keçməklə sərnişinlərə xidmət göstərən daşıyıcılara xidmətin Bakı Beynəlxalq Avtovağzalından Sumqayıt şəhər avtovağzalınadək həyata keçirildiyi barədə xəbərdarlıq edilib. Bu baxımdan, sürücülərin səsləndirdikləri iddialar əsassızdır.

Hazırda Bakı-Sumqayıt marşrutu üzrə Saray qəsəbəsindən keçməklə sərnişinlərə xidmət göstərən avtobuslar mövcuddur”.

Xəbər 1827 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +