Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


13.03.2018  17:54 

Xəzər TV-dən jurnalistlə bağlı - Açıqlama





A+  A-

Lənkəranda polis tərəfindən ötən gün saxlanılan "Xəzər" televiziyasının Cənub bölgə müxbiri Əkbərov Elvin Habil oğlu sərbəst buraxılıb.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasovun göstərişi ilə Mərkəzi Xəstəxanada əri tərəfindən döyülərək öldürülən qadınla bağlı çəkiliş edərkən saxlanılan jurnalist bu gün buraxılıb.

Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub. Bir neçə gün ev şəraitində müalicə olunan qadın daha sonra tibbi müəssisəsinə gətirilib və orada ölüb.

***

Xəzər TV baş verən hadisəylə bağlı məlumat yayıb. Bildirilir ki, telekanalın cənub bölgəsi üzrə müxbiri Elvin Əkbərovun Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb.

Bu məlumat sonradan digər informasiya resurslarında və sosial şəbəkələrdə tirajlanıb. "Xəzər" televiziyası olaraq bəyan edirik ki, qeyd olunduğu kimi əməkdaşımızın həbs olunmasından və ya saxlanılmasından söhbət getmir. Sadəcə olaraq, Elvin Əkbərov səhər saatlarında əri tərəfindən döyüldükdən sonra öldüyü iddia olunan qadınla bağlı Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında çəkiliş aparıb. Bu vaxt polis əməkdaşları ona yaxınlaşıb və çəkilişin mövzusu ilə bağlı məlumat verməsi üçün əməkdaşımız şöbəyə dəvət olunub. Bu zaman Elvin Əkbərov polis şöbəsinin rəisi, polis-polkovniki İslam Ümbətov ilə görüşüb və hadisə ilə bağlı ona məlumat verib. Daha sonra Elvin Əkbərov polis şöbəsini tərk edib.

Bir daha qeyd edirik ki, əməkdaşımız Elvin Əkbərovun saxlanılması və ya həbs olunması barədə məlumatlar tamamilə əsassızdır. Həmkarlarımızdan xahiş edirik ki, informasiya yayarkən peşə etikasının tələblərinə riayət etsinlər.

Xəbər 1623 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +