Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


11.01.2018  11:08 

“Evakuasiya xidmətinə görə alınan pul ləğv olunmalıdır”





A+  A-

Ekspert Ərşad Hüseynov evakuasiya xidmətinə görə alınan ayrıca haqqı ləğv etməyi təklif edib.
XəzərNews.az xəbər verir ki, Ə. Hüseynovun sözlərinə görə, yalnız dayanma və durma qaydasını pozmaya görə cərimə qalmalıdır:

“Evakuator avtomobillərinin istismarı xərcləri də məhz həmin cərimələr hesabına yığılan pullardan ödənilməlidir. Bunun edilməsi ən azı 2 mühüm problemi həll edəcək. Bu, parklanma qaydalarını pozan sürücülərə münasibətdə ədaləti təmin edəcək. Təsəvvür edin, 2 maşın eyni yerdə eyni qaydada qanunsuz parklanıb və hər ikisi evakuasiya olunmalıdır. Bir evakuator gəlir, onlardan birini aparır, ikincisini isə sürücü özü gəlib sürüb gedir. Eyni qayda pozuntusu olsa da, 1-ci sürücü 40 manat pul (20 manat cərimə, 20 manat evakuasiya haqqı) , həm də xeyli vaxt və əsəb itirir. 2-ci sürücü isə uzağı 20 manat cərimə olunur, bəzən hətta cərimə də olunmur. Bu ədalətsizlikdir.

İkincisi, evakuasiya üçün alınan pilun harada, kimə, hansı üsulla ödənilməsi söhbəti birdəfəlik ləğv olunar, sürücü bilər ki, evakusiya olsa da, olmasa da konkret cəriməsini ödəyəcək.

Evakuasiya üçün ayrıca ödəniş ləğv edilsə, bu işə cəlb edilənlər həm də daha qanuanauyğun fəaliyyət göstərərlər.
Nəzərə alaq ki, dünyanın bəzi ölkələrində bu təcrübə var və çox səmərəlidir”.

Xəbər 1951 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +