Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


02.11.2023  17:09 

Arxitektura komitəsinin Mərkəzi tenderdə qanunsuzluq edib





A+  A-

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən keçirilən tenderin qalibi məlum olub.

Xəzərnews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, ümumi dəyəri 685 min 200 manat olan 3 tenderin qalibi “Bureau Mühit” MMC (VÖEN – 2006792941) olub.

Tender Kəlbəcər rayonunun Çıraq və Otaqlı, həmçinin Cəbrayıl rayonunun Böyük Mərcanlı yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işləri ilə bağlıdır.
Qeyd edək ki, tenderin qalibi olan “Bureau Mühit” MMC-nin qanuni təmsilçisi Bayramov Toğrul Şahin oğlu eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvüdür.
“Bureau Mühit” MMC 2021-ci ilin iyun ayınının 18-də dövlət qeydiyyatına alınıb. Dövlət qeydiyyatına alındıqdan cəmi 12 gün sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elan etdiyi “Qədim Qarabağın yenilənən siması” adlı memarlıq müsabiqəsinin qalibi olub.

Onu da bildirək ki, “Bureau Mühit” MMC daha əvvəl də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin keçirdiyi 5 tenderin qalib olub və Komitədən 5 kəndin (Şəlvə, Zar, Xudafərin, Ərikli və Kürdhacı) şəhərsalma əsaslandırılmasının hazırlanması işləri üçün 1 milyon 260 min manat pul alıb.

Məlumat üçün bildirək ki, tenderlərin heç biri açıq müsabiqə vasitəsiylə keçirilməyib. Komitə müsabiqə keçirmədən, bir mənbədən satınalma üsulu ilə sifarişləri “Bureau Mühit” MMC-yə verib.

“Dövlət satınalmaları haqqında” Qanunun 21-ci maddəsində tenderlərin hansı halda bir mənbədən satınalma üsulu ilə keçiriləcəyindən bəhs olunur. Həmin maddənin tələblərindən belə görünür ki, yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərini bir mənbədən satınalma üsulu ilə almaq başa düşülən deyil.

Xəbər 1273 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +