Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”


21.07.2023  11:16 

Vəkil Komitə sədrinə “T-shirt” bağışlayıb





A+  A-

Vəkil Aqil Layıc Dövlət Gömrük Komitəsinin əməkdaşlarının ondan qanunsuz ödəniş tələb etdiyini iddia edib və etiraz əlaməti olaraq məhsulu DGK sədri Şahin Bağırova bağışlayıb.

XəzərNews.az xəbər verir o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

“Türkiyədən 1469 lirəlik (92 manat) “T-shirt” sifariş etmişdim. 03.06.2023-cü il tarixində rəsmi olaraq “Smart Customs” vasitəsilə bəyan etmişəm. Həmin tarixdən etibərən bağlamanı izləmək mümkün olmayıb. Gah dedilər gəlməyib, gah dedilər, xarici anbardadır. Nəhayət, dünən bildim ki, 38 gündür Gömrük Komitəsinin hava limanında olan terminalında qanunsuz olaraq saxlanılır. Gəldim buraya, deyirəm, niyə saxlamısınız? Deyir, bəyan edilməyib. Dərhal “Smart Customs” mobil əlavəsi ilə sübut etdim ki, bəyan edilib. İndi də mənə deyirlər ki, 82 manat artıq pul ödəməlisən.
Deyirəm, niyə? Deyirlər ki, karqoda 38 gün saxlanılıb, icarə haqqıdır. Bağlamanın çəkisi cəmi 380 qramdır.

Gömrük qanunsuz olaraq bağlamanı daşıyıcı şirkətə vermədiyi üçün 38 gün ərzində terminalda saxlanılıb, adını da qoyublar “smart” gömrük xidməti.

İnsanların zamanını, əsəbini korlayaraq edilən qanunsuzluqlar bəs deyil, hələ əsassız yerə 82 manat əlavə ödəniş də tələb edirlər”, - A. Layıc bildirib.

Vəkil sözügedən geyim məhsulunu Ş. Bağırova bağışladığını bildirib:

“Buradan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova bəyan edirəm, necə ki, Şahin müəllim, terminaldakı əməkdaşlarınıza da bəyan etdim. Həmin “T-Shirt”ü sizə səmimi qəlbdən bağışlayıram. Sizin idarə qanunsuzluq etsə də, mən tam qanuni şəkildə bu qısaqol köynəyi sizə bağışlayıram. Hər ikimiz “medium” geyinirik, əminəm ki, sizə yaxşı yaraşacaq. Ən əsası, bağışlamağım tam qanuni və səmimidir. Xeyirli işlərə geyinəsiniz. Əminəm ki, əyin-baş probleminiz “Smart Customs” tətbiqi vasitəsilə tam təmin edilir.
Ağıllı “smart” gömrük xidməti ağılsızların əlində olduqdan sonra heç nə də dəyişən deyil. Əsas insan faktorudur…”

Xəbər 1248 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +