Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”


25.05.2023  15:22 

26 saylı Şəhər Poliklinikasında... - Dövlət yoxdurmu?





A+  A-

Bakı şəhəri, Nizami rayon sakini Gülbala Abdullayev 26 saylı Şəhər Poliklinikasından şikayətçidir.

XəzərNews.az xəbər verir ki, bu barədə Bakupost.az -a Gülbala Abdullayev özü bildirib.

Onun sözlərinə görə, çek almadığı üçün həkim qəbuluna düşə bilmir:

"Poliklinikada belə qayda var, həkim qəbuluna düşmək üçün 20 manat ödəyib çek almalısan. Bütün xəstələr belə edir. Amma mənim pulum yoxdur. İmkanım çatmır deyə qəbul etmirlər. Hər dəfə çek almaq üçün yaxınlaşanda deyirlər ki, komputer işləmir. Bu poliklinikanın anam və həyat yoldaşımın ölümündən də xəbəri olmayıb. Yoldaşım 9 il onkoloji xəstəlikdən əziyyət çəkib. 5 ildir vəfat edib. Heç birindən xəbərləri yoxdur. Özüm də 2-ci qrup əliləm”.

Gülbala Abdullayev çekin verildiyi şöbənin rəisindən narazılığını da ifadə edib:

“Çek verən şobənin rəisi Vüsalə adlı xanımdır. O sanitar idi. Birdən-birə gəlib bu vəzifəni tutub. Vüsalə xanım baş həkim Aidə xanımın yanında mənə dedi ki, get, hara istəyirsən, şikayət et, Bakı Baş Səhiyyə Mərkəzindən Aysel xanım mənim arxamdadır. Baş həkim Aidə xanım onlarla başa çıxa bilmədiyini deyir. O bildirir ki, hər tibb bacısının bir adamı var, zəng edib tapşırtdırır”.

Şikayətçi, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsə də, ona cavab verilməyib:

"Bakı Baş Səhiyyə Mərkəzində 4, TƏBİB-də isə 1 dəfə olmuşam. Məni yola verdilər.

Srağagün hər iki quruma elektron qaydada müraciət etdim. Səhiyyə Nazirliyinə də müraciət etmişəm. Cavab yoxdur. 1 həftə də gözləyəcəm, nəticə olmasa, Mehriban Əliyevaya müraciət edəcəyəm. Hər şeyi sübut edə bilərəm”.

Məsələ ilə bağlı 26 saylı Şəhər Poliklinikasının Qeydiyyat bölməsinin komputerlərə nəzarət müdiri Vüsalə Ağayeva ilə əlaqə saxladıq.

O, Gülbala Abdullayevin şikayətinin əsassız olduğunu bildirdi:

“Dəfələrlə həmin şəxsin USM və digər yoxlanışları həyata keçirilib. Bu onun ilk şikayəti deyil. O, dəfələrlə müxtəlif qurumlara şikayət edib. Baş həkim onu tanıdığı üçün gələndə öz qəbuluna dəvət edir, laızm olduğu halda yoxlanışın baş həkimin otağında aparılmasını da təklif edir. Yəni, hər dəfə onu razı şəkildə yola salmağa çalışırıq.

Xəstə həmin gün saat 5-6 radələrində xəstəxanaya gəlib. Mən də iş vaxtı bitdiyi üçün evdə idim. Həkim ondan çek tələb edib. Çeki verən həkim də səhər saat 8-dən 3-ə qədər işlədiyi üçün Gülbala Abdullayev çeki ala bilməyib. Baş həkim xəstəxanada olsaydı, özü onu yola salardı. Lakin yoxlanış həkimi onu tanımayıb deyə qəbul etməyib.

O, qeydiyyat bölməsindəki qızlardan müdirin kim olduğunu öyrənib. Məni tanımadan, görmədən haqqımda əsassız, artıq-əskik ifadələr işlədib. Həmin vaxt xəstəxanada olmasam da, TƏBİB-ə zəng etdim. Xəstənin şikayətinin əsassız olduğunu bildirdim.

Məni Bakı Baş Səhiyyə Mərkəzindən də çağırdılar. Onlara da hər şeyi dedim, izahatımı da yazdım”.

Xəbər 1844 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +