“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


01.02.2023  11:03 

Nəqliyyatda gediş haqqının 33 faiz qalxmasına söz ardı...





A+  A-

Rəsulzadənin doğum günündə hökumət tərəfindən xalqa çox gözəl hədiyyə verildi. İctimai nəqliyyatda gedişhaqqı 30 qəpikdən 40 qəpiyə qaldırıldı...

Minimum əmək haqqı yanvar ayının əvvəlində 15% artmışdı axı. Bunun bir çıxacağı olacağını hər kəs bilirdi. Nəticədə, yarandığı tarixdən bəri ilk dəfə olaraq Tarif Şurası (Qiymət qaldıran qurum) adlanan qurum, xalqın acınacaqlı vəziyyətdə olduğunu düşünərək bu dəfə günün günorta çağı qiymət qalxımını elan elədi. (Qeyd edək ki, hələ indiyədək bu qurum tərəfindən xalqın taleyində mühüm rol oynayacaq bir endirim elanını görməmişik)

Nəticədə nəqliyyatda gediş haqqı 10 qəpik deyil, 33% qalxmış oldu.

Bu qiymət artımının xalqın həyatında hansı iz buraxacağı ilə bağlı onu demək olar ki, hökumət xalqın həyat tərzinin yüksəlməsi üçün minimum əmək haqqını 15% artırıbsa, nəqliyyatda gediş haqqını 33% artırmaqla bunu balanslaşdırıb.

Yəni, qiymətlərin də hər gün qalxması fonunda hökumət pulu sağ cibindən çıxarıb, sol cibinə qoyur. Nəticədə isə dəyən xalqın kasıb təbəqəsinə dəyir.

Xalqın hər gün daha kasıblaması fonunda Vasif Talıbovun 38 milyard, Yaqub Eyyubovun oğlunun isə 1 milyard manatı xalqdan oğurlayıb xaricə daşıması o qədər də təəccüblü görsənmir.

Ölkədə sosial tədqiqat mərkəzlərinin, əhalinin həyat tərzini öyrənəcək beyin mərkəzlərinin və QHT-lərin yarıtmaz fəaliyyəti vəziyyəti hər gün daha çox qəlizləşdirir.

Hökumətin qiymət artımı isə onsuz da bir qarnı ac, bir qarnı tox insanlara tərs şillə effekti yaradır. Cəmiyyətdə varlı və kasıb təbəqə arasındakı uçurumu bir az daha genişləndirir.

Bu da hökumətin sosial-iqtisadi siyasəti ilə daban-dabana ziddir. Nəticədə xalqın sosial rifahının hökumət tərəfindən düzələcəyinə olan inamına böyük zərbə vurulur.

Sonda bundan sonrası daha Allaha qalıb, deməkdən başqa çarəmiz qalmır...

Elmar Hüseynov

Xəbər 1079 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +