Azərbaycanlı iş adamından Messiyə bahalı hədiyyə...
Taksi sürücülərinin Bakı tətili ləğv edildi
“Qurd Qapısı” restoranı bağlandı
“Toplum TV” işi üzrə məhkəmə başlayıb
Prezident sülh şərtlərini açıqladı
Starlink Azərbaycanda nəyi dəyişəcək?
Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti


03.11.2021  19:50 

Bakıda şok əməliyyat: 61 nəfər saxlanıldı - VİDEO





A+  A-

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin oktyabr ayı ərzində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 61 nəfər saxlanılıb.

Bu barədə XezerNews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən 27 nəfəri haqqında Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Həmin şəxslər barəsində məhkəmə orqanları tərəfindən həbs qətimkan tədbiri seçilib. 26 nəfər barəsində polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib.

Saxlanılanlardan 8 nəfəri barədə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə protokollar tərtib edilib və onlar cərimə olunublar. Saxlanılan şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddələr aşkar edilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Maştağa qəsəbəsindəki telefon-rabitə qovşağına məxsus məxsus 2 223 metr uzunluğunda yeraltı kabellərin oğurlayan şəxslər saxlanılıblar. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həmzəli Daşdəmirov, Faiq Həbibov və Vaqif Atakişiyev qısa müddətdə müəyyən edilərək saxlanılıblar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların telefon-rabitə xəttinə ümumilikdə 3 000 manatdan artıq maddi ziyan vurduqları məlum olub.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Nardaran qəsəbəsində yerləşən marketlərdən birindən 160 bağlama ümumi dəyəri 5 000 manat olan tütün məhsulları oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı həmin oğurluğu törətməkdə şübhəli bilinən Azər Orucov, Tunar İbrahimov və əvvəllər məhkum olunmuş Çarpaz Muradlı tutulublar.

Bu şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxslərin ifşa edilməsi istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar tədbirləri davam etdirilir.



Xəbər 1618 dəfə oxunub.



02.04.2025  17:07 

Xatirənin bu geyimi tənqid olundu

02.04.2025  13:53 

Cavidşünaslıqda yeni mərhələ

02.04.2025  13:21 

Bakının sabahkı havası - Proqnoz

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +