Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var
Samir Babayevin baldızı saxlanılıbmı?


24.01.2020  08:45 

Bananın daha bir faydası aşkarlandı





A+  A-

Gündəlik yemək rasionuna bananın əlavə edilməsi qan təzyiqini nəzarətdə saxlamaqda və yüksək təziyiqi aşağı salmaqda effektiv ola bilər.
XəzərNews.az-ın məlumatına görə, bu barədə hipertoniyanın profilaktikası üsulları ilə məşğul olan “Blood Pressure UK” təşkilatının britaniyalı mütəxəssisləri danışıb.

“Express” yazır ki, onlar bananın hipertoniyadan əziyyət çəkənlərin vəziyyətinə müsbət təsir etməsini aşkarlayan “Kasturba” tibb kollecinin hindistanlı alimlərinin tədqiqatına istinad edirlər. Məlum olmuşdu ki, gündəlik olaraq qidaya iki ədəd bananın əlavə edilməsi qan təzyiqinin 10% aşağı düşməsini təmin edə bilər.

Bu effekti ekspertlər bananın tərkibində olan kaliumla əlaqələndirir. Bir ədəd meyvənin tərkibində 420 mq kalium var. Alınan nəticələr “Current Science” jurnalında dərc edilmişdi.

Beləliklə, “Blood Pressure UK” təşkilatının nümayəndələri qeyd edir ki, kaliumla zəngin meyvələr hipertoniya ilə mübarizədə kömək edir. Onların bu nəticəsini Amerika Kardiologiya Assosiasiyasının mütəxəssisləri də dəstəkləyir. Bundan başqa, kalium qan damarlarının divarlarındakı gərginliyi azaltmağa kömək edir, nəticədə qan təzyiqi daha da aşağı düşür.

Britaniyalı ekspertlər kaliumla zəngin digər məhsulları da açıqlayıb. Onların arasında ərik və ərik şirəsi, avokado, qreypfrut, göyərti, göbələk, portağal, noxud, kartof, pomidor yer alıb.

Xəbər 1743 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +