Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


26.08.2024  11:38 

Türkiyəyə rekord sayda turist gəlib





A+  A-

Bu ilin ilk 7 ayında Türkiyəyə gələn turistlərin ümumi sayı keçən ilin eyni dövrü ilə müqayisədə 8,27% artaraq 28 milyon 978 min 471 nəfərə çatıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı hesabatda qeyd edilir.

Hesabatda vurğulanıb ki, 2024-cü ilin yanvar-iyun aylarında 4 milyon 492 min 105 nəfər xaricdə yaşayan türklər,33 milyon 470 min 576 nəfər isə əcnəbi turistlər Türkiyəyə səfər edib.

İlin ilk 7 ayında Türkiyəyə ən çox səfər edən ölkələr siyahısında 3 milyon 611 min 218 turist ilə Rusiya Federasiyası birinci, Almaniya 3 milyon 502 min 628 turist ilə ikinci, İngiltərə üçüncü olub. 2 milyon 434 min 333 turist ilə İran və Bolqarıstan dördüncü və beşinci yerləri bölüşdürüblər.

İyul ayında Türkiyəyə gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,60% artaraq 7 milyon 333 min 812 nəfərə çatıb. İyul ayında ən çox turist göndərən ölkələr siyahısında Almaniya 1 milyon 35 min 466 turist ilə birinci, ikinci və üçüncü yerdə isə Rusiya Federasiyası və İngiltərə qərarlaşıb.

Xəbər 3860 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +