Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi





A+  A-

Böyük Vətən müharibəsinin İmişli rayonunda yaşayan sonuncu iştirakçısı vəfat edib.

Xəzərnews.az xəbər verir ki, veteran Nəbi Nuriyev 102 yaşında dünyasını dəyişib.

N.Nuriyev yaşadığı Qaralar kəndində dəfn olunub.

Qeyd edək ki, o, 1942-ci il fevral ayının 28-də cəbhəyə yollanıb. 130-cu atıcı alayın tərkibində döyüş yolu keçib. Döyüşlərdə göstərdiyi şücaətə görə ona çavuş rütbəsi verilərək bölmə komandiri vəzifəsi tapşırılıb. Sovet-yapon müharibəsində də o, ağır döyüşlərdən keçib. Yaponların cəngavər generalı sayılan Kvantın döyüşən ordusu ilə üz-üzə gəlib. Yaponiyanın Vadlin şəhərinədək döyüş yolunu davam etdirən Nəbi Nuriyev həmin ordunun təslim olunması əməliyyatında da xüsusi fəallığı ilə seçilib.

O, Heydər Əliyevin Böyük Vətən müharibəsində faşizm üzərində çalınan qələbənin 55 illiyi ilə bağlı 2000-ci ildə imzaladığı Sərəncamla “1941-1945-ci illər müharibəsi veteranı” döş nişanı ilə təltif olunub.//Report

Xəbər 4219 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +