FHN-ə işə düzəltmək adı 7800 manatını mənimsədi
Bakıda beşmərtəbəli binada yanğın başlayıb
“Diqtə edilmiş sülh qəbul edilməyəcək” - Şolz
Rusiya 15 yeni diviziya yaradır - Zelenski
Əliyev Vuçiçə təbrik məktubu göndərdi
Rusiya Çernobılı raketlə vurdu, yanğın çıxdı
Annalena Baerbok Trampa qarşı
Mahir Emreli türk sevgilisi ilə FOTOsunu paylaşdı
Novruz bayramında 11 gün qeyri-iş günü olacaq
Sabah hava yağmursuz keçəcək


02.02.2017  10:33 

Bu gün Azərbaycanda Gənclər Günüdür





A+  A-


Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.

XəzərNews.az xəbər verir ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. 1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib. Respublikamızda Gənclər Gününün qeyd olunması  isə 1997-cı ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.

Prezident İlham Əliyev isə 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) "Gənclər ili" elan edilməsində də göstərib. 2007-ci ildə Prezident İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Bundan başqa, 2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək olub.



Xəbər 1804 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.02.2025  13:17 

Annalena Baerbok Trampa qarşı

15.02.2025  12:56 

Sabah hava yağmursuz keçəcək

14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...

14.02.2025  11:57 

Sürücülərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +