Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu


17.01.2022  14:19 

Neftçilər yataqxanalardan niyə çıxarılır?





A+  A-

İndiyədək Neft Daşlarındakı yataqxanalarda qalan neftçilər məcburən oradan çıxarılır. Buna səbəb bu il “Abşeron” yatağının istismara başlamasıdır.

XəzərNews.az xəbər verir ki, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə deyib ki, Neft Daşlarındakı yataqxanalarda 150-ə yaxın otaq yatağın istismarı ilə məşğul olan Fransanın “Total” şirkətinin işçilərinə verilir. Həmin otaqlarda indiyədək Neft Daşlarında çalışan neftçilər qalıblar.

Hüquq müdafiəçisi deyib ki, yataqxanadakı otaqlarından qovulan işçilər rəhbərlik etdiyi təşkilata şikayət ünvanlayıblar. Onların sözlərinə görə, Neft Daşlarında “Q” korpusunda qalan fəhlələri ötən həftənin sonu otağlarından çıxarıblar ki, yeni gələnlər otaqlara yerləşsinlər.

“Həmin otaqlarda hər sexdən işçi var. Birinci mərtəbəni ikinci mərtəbəyə köçürüblər, hər otağa 4-5 nəfər yerləşdiriblər. İndi də ikinci mərtəbəni boşaldırlar. Amma harda yerləşəcəyimiz məlum deyil. Səbəb odur ki, 250-300 nəfər qazmanın işçiləri gəlir. Əgər bizim yerləşməyimiz üçün otaq varsa, gələn işçiləri ora yerləşdirsinlər. 10 il -20 il bir yerdə, bir otaqda qalanları niyə otaqlarında çıxardırlar? Deyirlər ki, otaq tapın özünüzə. İşdə olmayan yoldaşımızın pal- paltarını, ərzağını neynəyək?” – deyilənləri təsdiqləyən işçilər Meydan TV-yə danışıblar.

M.Qəhrəmanlı isə qeyd edib ki, hazırda otaqlarından çıxarılan işçilər çıxılmaz vəziyyətdədir. ARDNŞ öz işçilərinə qarşı hörmətsizlik etməklə, onlara dəyər vermir.

Hüquq müdafiəçisi hesab edir ki, sosial məsələlər üçün ayrılmış vəsaitin (yataqxanaların təmiri, ayrılmış məişət avadanlıqları, kondinsioner və s) təyinatı üzrə xərclənməsi müstəqil qurum tərəfindən yoxlanılmalıdır.

ARDNŞ-dən isə Meydan TV-yə bildiriblər ki, onlara bununla bağlı işçilərdən şikayət daxil olmayıb.

Xəbər 1879 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +