Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


06.04.2021  11:19 

İlon Mask bir günə 6 milyard dollar qazandı





A+  A-

Ötən gün ərzində “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın sərvəti 6 milyard dollar artıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Forbes” məlumat verib. Hazırda Maskın 169,8 milyard dollar sərvəti olduğu bildirilir.

“Forbes” nəşrinə görə, İlon Mask dünyanın ən zəngin ikinci adamıdır (birinci yeri “Amazon”un baş direktoru və qurucusu Ceff Bezos tutur - red.). “Tesla”nın qurucusunun sərvət artımı rüblük qazancın açıqlanmasının ardından elektrik avtomobil istehsalçısının səhmlərinin bahalaşmasından qaynaqlanır.

Xatırladaq ki, 2 apreldə “Tesla” rüblük hesabatında ilin ilk üç ayında 184,800 elektrikli avtomobil satdığını açıqlamışdı. Bu, 2020-ci ilin birinci rübündə satılan elektrikli nəqliyyat vasitələrinin sayından iki dəfədən çoxdur. Bundan əlavə, bu rəqəm 168.000 ədəd elektrikli avtomobil satışı proqnoz edən “Wall Street” analitiklərinin proqnozlarını da üstələyib.



Xəbər 2234 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +