Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


12.07.2019  16:31 

Müşfiq Abbasovun 140 min dollarlıq evi əlindən alınır...





A+  A-

“Bu Şəhərdə”nin ssenaristi Müşfiq Abbasovun 140 min dollara aldığı evi əlindən alınır.
XəzərNews.az-ın məlumatına görə, “Qafqazinfo”ya açıqlamasında M.Abbasov bildirib ki, 2012-ci ildə “Təməl-N” MTK-nın Yasamal rayonunda inşa etdiyi binadan mənzil alıb.

M.Abbasovun sözlərinə görə, həmin mənzili Taleh Həsənov adlı şəxs şirkətin özündən alıb:

"Lakin evi öz adına yox, baldızı qızı Gülrux Həsənovanın adına alıb. Bir müddət sonra Taleh Həsənov vəfat edib. 2009-cu ildə onun arvadı Mehriban Həsənova bacısı qızı Gülruxu məhkəməyə verərək ərinin aldığı evi geri qaytarmasını tələb edib".

M. Abbasov qeyd edib ki, sözügedən proses zamanı evin üzərinə həbs qoyulub, sonra isə G.Həsənova məhkəmədə qalib gəlib və evin üzərindən həbs götürülüb:

“Bütün bu məsələlərdən xəbərim olmayıb və həmin ərəfədə evi Gülruxdan aldım.113 min manat qiymətləndirilən evə o zamankı məzənnə ilə 140 min ABŞ dolları ödədim. “Kupça” da Gülrux Həsənovun adına idi, notarius da təsdiqlədi, Əmlak Komitəsi də evi mənim adıma keçirtdi. Çünki Gülrux dedi ki, təcili xaricə getməliyəm, buna görə pulu dollarla tələb etdi, mən də elə verdim. 2016-cı ildə isə məni məhkəməyə çağırdılar və məlum oldu ki, Mehriban Həsənova məni məhkəməyə verib. Yasamal rayon Məhkəməsi qərar verdi ki, xala ilə bacı qızı arasında olan söhbətlərdən sənin xəbərin olmayıb. Mənim xeyrimə qərar çıxarıldı. Apellyasiya məhkəməsi ilə qərarı dəyişib belə etdi ki, mən evi Mehriban Həsənovaya təhvil verib özüm küçədə qalmalıyam. Pulumu isə sonra Gülrux Həsənovadan istəməliyəm. Bu qərardan Ali Məhkəmə şikayət edəcəyik”.

M.Abbasov qeyd edib ki, aldığı gündən bəri həmin evdə ailəsi ilə birgə yaşayır.

Xəbər 1301 dəfə oxunub.




26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +