Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


26.04.2017  16:54 

“Vahid taksi qiymətinin tətbiqi rəqabəti boğacaq”





A+  A-

Bakı Nəqliyyat Agentliyinin paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə təklif ünvanlayıb. Agentlik bunu bu sektorda rəqabəti gücləndirmək, müştərilərin hüquqlarını müdafiə etmək üçün edildiyini bildirib.
XəzərNews.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bildirib ki, vahid tarifin tətbiq edilməsi bu sahədə rəqabəti gücləndirməyəcək, əksinə rəqabəti boğacaq:
“Əgər vahid qiymət olacaqsa, o zaman həmin sektorda hansı rəqabət danışmaq olar? Taksi xidməti göstərən şirkətlər nədə rəqabət aparacaqlar? Liberal qiymət rəqabətin əsas özəyidir. Əslində, taksi xidməti son illər qiymət azalmasının müşahidə edildiyi azsaylı xidmət sektorlarındandır. Etiraf etmək lazımdır ki, bu sahədə lisenziyaların ləğvi daxil olmaqla son 2 ildə xeyli müsbət addımlar atılıb. Nəticədə bu gün taksi xidməti ölkədə ən liberal və rəqabətin yüksək olduğu sahələrdən birinə çevrilib. Bu özünu son illər aşağı düşən qiymətlərdə də göstərir. Vahid tarif tətbiq ediləcəyi halda isə bu sektorda qazanılan rəqabət bir qərarla boğulacaq”.
V.Bayramov deyib ki, taksi xidmətlərinə vahid tarifin tətbiq edilməsi doğru addım deyil:
“Bu, taksi xidmətlərinin məhdudlaşmasına, şirkətlər arasındakı rəqabətin azalmasına səbəb olacaq. Bütün bunlar isə taksi şirkətlərinin bağlanmasına gətirib çıxardacaq. Əgər tarifin müəyyən edilməsi labüddürsə, bu zaman vahid tarifin yox, maksimum tarifin müəyyənləşdirilməsi lazımdır. Bu zaman taksi sürücüləri və şirkətləri maksimum olaraq hansı tariflə xidmət göstərdikləri barədə öz xidmətlərini təklif edə bilərlər. Məhz bununla taksi xidməti ilə məşğul olan sürücü və şirkətlərə rəqabət imkanı verilmiş olar”.

Xəbər 1159 dəfə oxunub.




26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +